Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik

img

23-02-2026 [12:08]


Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq.

Mia.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişiklikləri imzalayıb.

Belə ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

Beləliklə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:07 22.02.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA