Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"

img

23-02-2026 [10:59]


Meksika ordusu tərəfindən ötən gün öldürülən narkomafiya lideri El Mençonun rəhbərlik etdiyi Xalisko Yeni Nəsil Karteli (XYNQ) hökumətə ultimatum verib.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, onlar yarımhərbi kartel liderinin öldürüldüyü vaxt onun girov götürülmüş oğlu oğlunun təhvil verilməməsi halında şəhərin altını üstünə çevirəcəklərini açıq şəkildə bəyan ediblər: "El Mençonun oğlu "El Mençito" bu gün yerli vaxtla saat 12:00-a qədər təhvil verilməsə, bütün əyalət boyu hərbi gücümüz tam təhcizatlı hərəkətə keçəcək, şəhərin altını üstünə gətirəcəyik"

Xatırladaq ki, Meksika ordusu ABŞ kəşfiyyatının dəstəyi ilə 22 fevralda XYNQ lideri Nemesio Oseguera Servantesin (El Menço) öldürüldüyü əməliyyatı həyata keçirib. Bundan dərhal sonra isə XYNQ şəhərdə bir şox obyekt və ictimai nəqliyyatı alova verib, hava limanını ələ keçirib.

E.ARAZ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:07 22.02.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA