Azərbaycanda bələdiyyə sədri özünü asıb

img

23-09-2014 [11:34]


Bu gün səhər saat 08:00 radələrində Göyçay rayonunda bələdiyyə sədri özünü asıb.

Mia.az xəbər verir ki, Göyçay rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, Çayarxı kəndində yaşayan 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü asıb.

O, 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədridir. Hazırda onun intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA