Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
21-02-2026 [21:18]
"Oilmar" şirkətinin bunkerlənmə istiqaməti 2020-ci ildə qurulub və o vaxtdan bəri məhz mənim rəhbərliyim altında fəaliyyət göstərən menecment bu biznesi ardıcıl olaraq inkişaf etdirib. Şirkətin kapitalına passiv investor kimi daxil olan Adnan Əhmədzadə əməliyyat fəaliyyətində bir gün belə iştirak etməyib.
Mia.az xəbər verir ki, bunu keçmiş yüksək vəzifəli SOCAR rəsmisi və hazırda iş adamı olan Adnan Əhmədzadənin həbsindən sonra onun adı ilə əlaqələndirilən müxtəlif şirkətlərdə səhmlərin yenidən bölüşdürülməsində yer alan və Dubayda fəaliyyət göstərən Oilmar Shipping and Chartering DMCC Baş direktoru Yusif Məmmədov "Haqqın.az"a müsahibəsində bildirib.
"Şübhəsiz ki, onun həbsindən sonra reputasiya və əməliyyat riskləri yarandı və bu vəziyyətdə mən, uzun illər bu biznesi quran rəhbər və insan olaraq, tam məsuliyyəti öz üzərimə götürmək qərarına gəldim və payın idarəetmə alışını təşəbbüs etdim.
Bu gün Oilmar DMCC keçmiş benefisiardan tam və hüquqi cəhətdən təcrid olunub, 100% baş direktor kimi mənə məxsusdur və başqa benefisiarları yoxdur. Bu qərar yalnız şirkətin və onun gələcəyinin maraqları naminə qəbul edilib", - o deyib.
O qeyd edib ki, Əhmədzadəyə qarşı irəli sürülən ittihamların şirkətin biznesinə, onun əməliyyatlarına və ya əsas istiqamətlərinə heç bir aidiyyəti yox idi və yoxdur. Əməliyyat fəaliyyəti baxımından da əhəmiyyətli dəyişikliklər baş vermədi: "Əslində Oilmar-ın biznes modelinin transformasiyası hələ 2020-ci ildə - bütün sonrakı hadisələrdən çox əvvəl başlamışdı. Biz ardıcıl olaraq bunker yanacağı ticarətinə keçirdik və son üç il ərzində məhz bu istiqamət bizim üçün əsas və sistemli inkişaf edən sahədir.
Gizlətmirəm, cənab Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki, əlavə əməliyyat çətinlikləri yaratdı, lakin şirkətin fəaliyyətinin özündə dəyişikliklərə səbəb olmadı. Müştərilər, xidmət keyfiyyəti və öhdəliklərin icrası baxımından hər şey əvvəlki kimidir - müqavilələr tam həcmdə icra olunurdu və icra olunmağa davam edir. Biz bu dövrü maksimum açıqlıq və məsuliyyətlə keçdik. Menecmentin vəzifəsi biznesin sabitliyini qorumaq, əməkdaşları və tərəfdaşları müdafiə etmək və addım-addım bazarın etimadını bərpa etmək idi. Oilmar bu gün də məhz bununla məşğuldur", - o vurğulayıb.
MİA.AZ
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
17 martda imtahan olacaq - DİM açıqladı
Generalın həbs olunan oğlu barədə yeni qərar verilib
Qrenlandiya Trampın təklifini rədd etdi
Goranboyda peyvənd olunan körpə ölüb
MN əhaliyə əhaliyə çağırış edib
Bakıda gül mağazasında partlayış olub - VİDEO
İsrail Qəzzaya hücum edib - Bir qadın həlak olub
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub