Məhkumun üzərindən narkotik vasitə tapıldı

img

22-09-2014 [14:02]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məhkumun üzərindən narkotik vasitə tapılıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA