İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı

img

17-02-2026 [18:11]


"ABŞ-la fundamental prinsiplər üzrə razılığa gəldik. Hər iki tərəf potensial razılaşma sənədləri üzərində işləyəcək və onları bir-biri ilə paylaşacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Araqçı Cenevrədəki bugünki görüşdən sonra ilk açıqlamasında deyib.

Onun sözlərinə görə, Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqları üzrə aparılan müzakirə müsbət atmosferlə bitib.

Arakçi əlavə edib ki, bu, yekun anlaşma deyil, lakin özlüyündə irəliyə doğru çox böyük razılaşmadır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA