Şəmkirdəki toyda qan düşdü

img

22-09-2014 [12:22]


Şəmkirdə toy məclisində bıçaqlanma hadisəsi baş verib.

"Kəpəz TV"-nin verdiyi məlumata görə, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 28 yaşlı Sərxan Mahmudov sentyabrın 21-də axşam saat 21 radələrində bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstə dərhal əməliyyat olunub, daha sonra palataya yerləşdirilib. Hazırda S.Mahmuovun səhhəti orta-ağır kimi qiymətləndirilir.

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, S.Mahmudov yaxınlarının toy məclisində iştirak edən zaman bıçaqlanıb. Ancaq onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı cinayəti işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA