İŞİD-dən daha betər, zorakı və qanlı terror təşkilatı gəlir - “Horasan”

img

21-09-2014 [23:21]


ABŞ mətbuatı Suriyada fəaliyyət göstərən Əl-Qaidə törəməsi "Horasan” təşkilatı haqda yazıb. ABŞ mediasının iddiasına görə, "Horasan” qruplaşması İŞİD-dən daha təhlükəlidir. 

 

"Nyu York Tayms” ("New York Times”) qəzetinin xəbərinə görə, "Horasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. "Bu terror təşilatı Amerika və xaricdəki nümayəndəliklərinə qarşı terror aktları təşkil edir. Bu təşkilatın üzvləri partlayıcı qurğulardan istifadənin tərəfdarıdır. Amerika xüsusi xidmət orqanları müəyyən edib ki, "Horasan”nın lideri Əl-Qaidə rəhbərlərindən olan Möhsün əl-Fədhlidir. Fədhli Üsamə bin Ladenin yaxın çevrəsinə daxil olan terrorçudur və 2001-ci ildə Nyu Yorkda təşkil edilən 11 sentyabr terraktı barədə xəbərdar olanlardandır.


axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA