Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar

img

12-02-2026 [10:27]


Bu gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə ağır zərbələr endirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko açıqlama verib.

O bildirib ki, Rusiya ordusu səhərə yaxın şəhərə intensiv hava hücumları həyata keçirib: "Hücumlar yerli vaxtla saat 04:32-də başlayıb. Düşmən paytaxtın infrastrukturuna ballistik raketlərlə zərbə endirir. İlkin məlumata görə, Kiyevdə iki nəfər yaralanıb. Hücum davam edir"

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından isə bildirilib ki, Ukraynanın müxtəlif bölgələrinə raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar davam edir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA