"Avropa sanksiyalara görə cavab verəcək" - Medvedev

img

21-09-2014 [12:42]


Avropa Rusiyaya qarşı sanksiyalara görə ölkədəki payı ilə cavab verəcək.

APA-nın "BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev yerli telekanalların birinə müsahibəsində bildirib.  Medvedevin sözlərinə görə, sanksiyalar nə vaxtsa bitəcək, lakin Rusiyanın bazarını tərk etmiş avropalı tərəfdaşlar çətin ki buraya bir daha qayıda bilsinlər, çünki onların yerini rusiyalı və ya digər əcnəbi istehsalçılar tutacaq.  
 
Rusiyanın baş naziri Asiya və Latın Amerikasından Rusiyanın bazarında avropalı tədarükçüləri   əvəz etməyə çalışan sahibkarlara təskinlik verərək bildirib ki, Rusiyanın Avropa ilə münasibətlərinin normallaşacağı təqdirdə, onların buradakı mövqelərinə heç bir təhlükə yaranmayacaq.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA