Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"

img

11-02-2026 [15:59]


"Ölkəmizdəki etirazları alqışlayırıq. Etirazı bir nemət kimi görürük. Bu etirazları dinləmək bizim bir nömrəlii borc və vəzifəmizdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Pezeşkian deyib.

Lakin o, zorakılıq, iğtişaşları da qəbuledilməz sayıb: "Dağıdıcılıq, vandalizm, qətl və yanğınlardan iyrəndik. Heç bir əsl iranlı başqa bir iranlını öldürmək üçün silaha əl atmaz. Heç bir iranlı məscidi yandırmaz. Heç bir iranlı xalqın və dövlətin əmlakını yandırmaz. Belə etiraz olmaz".

Pezeşkian deyib ki, hər şeyə rəğmən, İran öz daxili problemlərin xarici müdaxilə olmadan həll etməlidir: "Heç bir azad insan daxili problemi həll etmək üçün düşmənə müraciət etməz".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA