"Fənərbağça"dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı - Qətər komandası darmadağın oldu

img

11-02-2026 [10:55]


"Fənərbağça"dan Səudiyyə Ərəbistanındakı "Əl İttihad" komandasına transfer olunan hücumçu Yusif En Nesyri yeni komandasında ilk qolunu atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  mərakeşli futbolçu komandasının "Əl Qarafa" qarşı beşinci qolunun məhsuldar ötürməsini də verib.

Məlumata görə, Asiya Çempionlar Liqası (AFC) liqa mərhələsində "Əl İttihad" doğma meydanında "Əl Qarafa"ya 7-0 hesabı ilə qalib gəlib. Yusif En-Nesyri bu qollardan 3-cüsünün müəllifi olub.

Bu qələbə ilə hazırda 12 xalla 5-ci yerdə olan "Əl İttihad" Asiya Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıb. Qətərin "Əl Qarafa" komandası isə 6 xalla 10-cu yerdə qalır.

Fərid ASLAN

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA