Ukraynada ara qarışdı, separatçılar tanklarla hücuma keçdi

img

20-09-2014 [13:41]


Ötən gün axşamdan başlayaraq separatçılar yenidən Donetsk aeroportunu ələ keçirməyə cəhd ediblər. 

ANS PRESS-in Unian agentliyinə istinadən verdiyi məlumata görə, separatçılar aeroporta tank hücumu təşkil ediblər. Aeroporta doğru 5 tank hərəkət edib. İki tank isə arxada qalaraq aeroportu atəşə tutub. Ukrayna ordusunun separatçıların bütün hücumlarını dəf etdiyi deyilir. Tanklar geri çəkilməyə məcbur olub. 

Bu barədə ukraynalı jurnalist Oksana Kovalenko Facebook səhifəsində yazıb. Qeyd edək ki, Ukraynanın şərqində antiteror əməliyyatları başlayandan Ukrayna ordusun Donbass-da 2000 hərbi qulluqçusunun öldürüldüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA