Merin korteji qəzaya düşdü - VİDEO

img

20-09-2014 [09:50]


Moskva meri Sergey Sobyaninin korteji qəzya uğrayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Moskvanın Kutuzov prospektində baş verib. Moskva Şəhər Duması seçkilərinə gedən Sobyaninin olduğu avtomobil zərbəyə tuş gəlsə də mer xəsarət almayıb.

Qəzanı törədən sürücü "Mersedes C180" avtomobili ilə hərəkət edib. Avtomobili sürətlə sürən sürücü qarşısında gedən "Şkoda Fabia" və "Kia Rio" avtomobillərini vurub. Zərbədən avtomobil ayırıcı zolağa düşüb. Bu zaman avtomobil Moskva merinin korteji ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qəzadan sonra Sergey Sobyanin digər avtomobillə yoluna davam edib.

İlkin məlumata görə, "Mersedes"in sürücüsü avtomobili idarə etmək hüquqa malik deyil.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA