BAKIDA ŞAGİRD QADIN MÜƏLLİMİ GÜLLƏLƏDİ - Atası məmur imiş (YENİLƏNİB)

img

06-02-2026 [11:05]


Bakıda İdrak Liseyində silahlı insident baş verib.

Mia.az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

***

Liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.

***

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Bu barədə DİN məlumat yayıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

Şahidlərin məlumatına əsasən, hadisə tənəffüs zamanı baş verib.

Bildirilib ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.

"Report"un əldə etdiyi məlumata əsasən, güllə atan şagirdin atası Şirinov Samir əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.

***

"Binəqədi rayonu İdrak liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır".

Mia.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, 06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə n çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA