İŞİD Kərkükü qana boyadı

img

20-09-2014 [08:09]


İŞİD terror qruplaşması İraqın Kərkük şəhərində bombalı hücum təşkil edib. 

ANS PRESS-in məlumatına görə, İraqın Mosul şəhərini ələ keçirən İŞİD terrorçuları Şimali İraqda da terror aktları və günahsız insanlara qarşı cinayət əməlləri törətməkdə davam edir. 

Bu dəfə İŞİD silahlılarının hədəfi Kərkük şəhəri olub. Onlar Kərkük qalasının qarşısında yerləşən Əl-Hasir bazarında bomba quraşdırılmış motosikleti partladıblar. Partlayış nəticəsində 10-dan çox adam dünyasını dəyişib, çox sayda insan xəsarət alıb. 

Qeyd edək ki, türkmənlərin də kompakt yaşadığı Kərkük şəhəri son bir ayda ikinci dəfədir bombalı hücuma məruz qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA