"Mənə dünyada bircə prezident göstərin ki,..." - Saakaşvili

img

20-09-2014 [08:02]


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ailəsinə məxsus əmlaka həbs qoyulmasında keçmiş baş nazir, hakim "Gürcü arzusu” koalisiyasının yaradıcısı Bidzina İvanişvilini ittiham edib. 

O, "Rustavi-2” telekanalına açıqlamasında əmlakına həbs qoyulmasını qanunsuzluq adlandırıb. 

"İvanişvilinin əlimizdən aldığı əmlak korrupsiyalaşmamış prezident, oğurluq etməyən dövlət qulluqçusu, pulunu özünə yox, xalqına xərcləyən siyasətçinin klassik nümunəsidir. Mənə dünyada bircə prezident göstərin ki, 9 il ölkəni idarə etsin və mənim Kvarelidəki (Kaxetiya bölgəsi) evim kimi balaca evi olsun”, - Saakaşvili bəyan edib.

Xatırladaq ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu bildirib ki, Saakaşvilinin özü istintaqdan gizlənsə də, əmlakına həbs qoyulub. Həbs qoyulan əmlaklar arasında bağ evi, həyat yoldaşı, anası və nənəsinə məxsus ev və avtomobillər var.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA