Qızıl və gümüş ucuzlaşır, dollar isə yüksəlir - Dünya bazarı "dalğalanır"

img

05-02-2026 [09:23]


Geosiyasi gərginliyin azalması, dolların möhkəmlənməsi və Çində qızıl ETF-lərində yaşananlar dünya bazarında qızıl və gümüşün qiymətinn kəskin düşməsinə səbəb olub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünənlə müqayisədə qızıl əyarlarından aslı olaraq 5-9 faiz, gümüş isə 14%-ə yaxın ucuzlaşıb.

Hazırda bakı vaxtı ilə saat 08.15-ə olan məlumata görə, qızılın qiyməti unsiyası 4875 dollar, gümüşünki isə 76 dollar səviyyəsindədir

Məlumatda deyilir ki, az əvvələ qədər ABŞ-ın Venesuelaya hücumu, Qrenlandiyaya qarşı ilhaq iddiasıisrarı və  nəhayət, İrana qarşı əməliyyat qorxusu bazarlarda "təhlükəsiz sığınacaq aktivləri"nə tələbatı artırmışdı. Üstəlik, bu dövrdə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlaması ilə qızıl və gümüş qiymətləri tarixi yüksəkliyə drmandı. Bu dövrdə qızıl unsiyası 5600 dollara, gümüş isə unsiyası 120 dollara qədər yüksəlmişdi: "Lakin proseslərin səngiməsi tez bir zamanda geriləməyə yol açdı. Bu gecə isə çox sürətli ucuzlaşma yaşandı. Gümüşün enişi xüsusilə "gözə girir"".

Bu arada isə dollar indeksi son iki həftədə ən yüksək səviyyəyə çatın - 97.80. 

İddialara görə, FED sədrliyinə namizədi Kevin Uorşun ortaya çıxması dollarda möhkəmlənmə meylini artırıb. Dolların yüksəlişi qiymətli metalların saxlanma xərclərini yüksəlməklə yanaşı, qızıl və gümüşə satışına mənfi tıəsirini də göstərir...

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA