Türkiyə İŞİD-ə qarşı qoşunu sərhədə yığdı - FOTO

img

19-09-2014 [20:40]


Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə zirehli hərbi texnikalarını yerləşdirib.

Silahlı Qüvvələrin Mürşitpınar 2-ci Hüdüt Tabor Komandağnlığının 3 tankı Suriya ilə sərhədindəki Oylum kəndinə yerləşdirilib.

Verilən məlumata görə, tanklar Suriyada İŞİD terrorçu qruplaşmasının hücumlarından qaçan insanların Türkiyəyə keçən hissəsində cəmləşdirilib. 

Sərhədə yerləşdirilən tanklar Suriya istiqamətində atəş vəziyyətinə gətirilib.

Son məlumatlara görə, Suriya ərazisində Türkiyə sərhədinə yaxın ərazidə silahlı maşın karvanları müşahidə edilib(ANS).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA