"Prezident"in korteji qəzaya uğrayıb: ölən və yaralanan var

img

19-09-2014 [10:05]


Qondarma Dağlıq Qarabağ respublikası "prezidenti"nin korteji Ermənistanda qəzaya uğrayıb.

Ans press xəbər verir ki, vertolyotla İrəvana getməyi planlaşdıran separatçıların rəhbəri Bako Saakyan əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobil yolundan istifadə etməli olub. Bu isə ona baha başa gəlib. Belə ki, qondarma respublikanın "prezidenti”nin korteji qəzaya uğrayıb.

Qəza nəticəsində korteji müşaiyət edən yol polisilərindən biri ölüb, biri isə ağır yaralanıb.

Qəzanın hansı şəraitdə baş verdiyi və qəza törədən sürücünün adı açıqlanmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA