Poroşenko yenidən Rusiyaya qarşı çağırış etdi

img

18-09-2014 [21:58]


Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikanı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə APA "UNN”-ə istinadən xəbər verir. "Mən ABŞ-a müraciət edərək işğalçıya qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş edirəm”, deyə Poroşenko bildirib. 


Dövlət başçısı qeyd edib ki, ukraynalı vergiödəyicilər amerikalı vergiödəyicilər kimi yalnız sülh istəyirlər.
 
Qeyd edək ki, Ukrayna prezidenti ABŞ Konqresində güclü alqışlarla qarşılanıb. Poroşenko konqresmenləri salamlayaraq qeyd edib ki, "Ukraynanın məhz hazırda bütün dünyanın birliyi və həmrəyliyinə ehtiyacı var!”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA