XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)

img

20-01-2026 [18:31]


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın işdən azad edilməsi barədə ərizəsi və ona təhkim olunmuş xidməti avtomobili əlindən alınıb. 

Mia.az
Demokrat.az-a istinadla xəbər verir ki, bu addım xanım müavinin həyat yoldaşı və eyni zamanda sürücüsü olan Habil Eyvazovla bağlı sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərdən sonra atılıb.

Ancaq hadisələrin gedişatı gözlənilməz istiqamətdə irəliləyib. Belə ki, icra başçısı Alı Alıyev yuxarı dairələrin iradəsinə zidd gedərək, köməkçisi İlkin Əmirliyə verdiyi tapşırıq əsasında sosial şəbəkələrdə Gülbahar Eyvazovaya "dəstək kampaniyası" başladılıb. 



Eyni zamanda rayonun bütün vəzifəli şəxslərinə bu paylaşımları yaymaq və Gülbahar Eyvazova haqqında müsbət rəylər yazmaq tapşırığı verilib. İcra başçısının bu kampaniyası yerli sakinlər tərəfindən dəstəklənməyib və paylaşımlara reaksiya verənlər yalnız tapşırığı icra edən rəsmi şəxslər olub.

Maraqlısı odur ki, səhər saatlarında həm İcra Hakimiyyətinin rəsmi səhifəsində, həm də köməkçinin şəxsi profilində həmin paylaşımlar silinib. 

Əldə etdiyimiz məlumata görə, İcra Hakimiyyətinin bu tapşırığı yuxarı instansiyalarda birmənalı qarşılanmayıb.



Qeyd edək ki, Füzuli RİH-də Gülbahar Eyvazovanın kurasiyasında olan hümanitar sahələrdə mövcud vəziyyət ürəkaçan deyil. Belə ki, rayonun təhsil sektorunda yol verilmiş qanunsuzluqlar və dövlət əmlakının mənimsənilməsi ilə bağlı çoxsaylı şikayətlər əsasında rayonun 30-a yaxın məktəbi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır. 

Füzuli rayonun səhiyyə sahəsində isə həm prokurorluq, həm də Hesablama Palatası tərəfindən ciddi maliyyə pozuntuları aşkar edilib.

Dini və mənəvi sahədəki problemlər isə ictimailəşən məlum video ilə daha qabarıq şəkildə üzə çıxıb. Bu qədər iddiaların və araşdırmaların fonunda İcra Hakimiyyəti rəhbərliyinin hansı meyarlarla dəstək nümayiş etdirməyə çalışması anlaşılmaz qalır. Xüsusilə, şəhid ailələri ilə görüşlərin "xüsusi xidmət" kimi təqdim edilməsi tənqid olunur, çünki bu, hər bir vəzifəli şəxsin birbaşa xidməti borcudur.

Nəzərə almaq lazımdır ki, dövlət məmuru üçün ən böyük meyar xalqa xidmət və qanunların aliliyidir. Şəxsi maraqların rəsmi qurumların nüfuzu hesabına qorunmağa çalışılması dövlət maraqları ilə üst-üstə düşmür.

***

"Füzuli Rayon İcra Hakimiyyəti başçısının belə tapşırığı olmayıb".

Bunu Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin köməkçisi İlkin Əmirli ibildirib.

"Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən bildirilirki, Rayon İcra Hakimiyyəti başçısının belə tapşırığı olmayıb. İlkin Əmirlinin bu yazısı tam özünə aiddir və uzin müddət birgə çalışdığı həmkarının yaxşı mənada müdafiəsi üçün yazıb", - deyə o, vurğulayıb/(Demokrat.az).

Həmin videonu təqdim edirik:

 


img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA