İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə

img

14-01-2026 [00:06]


Super Kubok matçında baş verənlərə görə"Fənərbağça"nın oyunçuları Con Duran, Ceyden Oostervulde ilə yanaşı, "Qalatasaray" oyunçusu Mario Leminanı cəza gözləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası açıqlama yayıb.

Açıqlamada deyilir ki, adıçəkilən oyunçular matçla bağlı sosial media hesablarında təhqiramiz paylaşımlar ediblər: "Onlar təhqiramiz məzmunlu mesajları ilə idman mübarizəsinə yaraşmayan davranışlar nümayiş etdiriblər. Bu səbəbdən onların əməlinə qiymət verilməsi üçün Peşəkar Futbol İntizam Şurasına (PFDK) materaillar göndərilib"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA