Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu

img

08-01-2026 [09:19]


“Azər Türk Bank” ASC-nin İdarə Heyətinə yeni üzv, eyni zamanda İdarə Heyətinin sədrinə müavin təyin olunub.

Bu vəzifəyə ixtisasca hüquqşünas olan Günel Nəbiyeva Nizami qızı təyin olunub. Bununla da bankın İdarə Heyətinin üzvlərinin sayı üç nəfərə çatıb.

G.Nəbiyeva 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində çalışır. Bu müddət ərzində holdinqin tərkibinə daxil olan “BakuBus” MMC, “Bakı Metropoliteni” QSC və “Azər Türk Bank” ASC-nin Müşahidə Şuralarında üzv kimi təmsil olunub.

Bank karyerasına isə ilk olaraq 2006-cı ildə “Unibank KB” ASC-də başlayıb və 2006–2016-cı illərdə bankda müxtəlif hüquqi və inzibati vəzifələrdə çalışıb. 2018–2020-ci illərdə isə Unibank-da Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib/banker.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA