Hacıbala Abutalıbov məhkəməyə verildi

img

17-09-2014 [00:34]


Bakıda heyvanların insanların gözü qarşısında, qanunsuz olaraq öldürülməsi faktı ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

Bu barədə "Qafqazinfo”ya iddia tərəfi olan heyvansevərlər Elxan Mirzoev və Anar Sülüymanov məlumat veriblər:

"Baki Şəhər İcra Hakimiyyəti qanunsuz olaraq, günün gündüz çağında, uşaqların gözü qabağında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə , bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib”.

Nəsimi rayonu, 1 saylı inzibati-iqtisadi məhkəmə binasında keçiriləcək proses sentyabrın 19-u, saat 15:30-a təyin edilib.

Qeyd edək ki, Azərbaycan 2007-ci ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə "Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin martında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati xəta: 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA