Yaponiyada güclü zəlzələ olub - 6.2 bal gücündə

img

06-01-2026 [09:13]


Yaponiyada güclü zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, episentri Şimane prefekturasında olan 6.2 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Şimane ilə yanaşı, Tottori, Okayama və Xirosimada qorxu yaradıb.

İlkin məlumata görə, bir neçə nəfər xəsarət alsa da, ölən və böyük dağıntılar yoxdur: "Zəlzələdən sonra 3.2 ilə 5.4 bal arasında çoxsaylı afterşoklar davam edir"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA