Qısqanc ər arvadını bıçaqladı

img

15-09-2014 [15:09]


Bakının Xəzər rayonunda kişi arvadını bıçaqlayıb. Mia.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərdəkan qəsəbəsində baş verən hadisə qısqanclıq üstündə olub. 

Belə ki, Astara rayon sakini Taleh Əliyev qısqanclıq zəminində arvadı Pərvinə bıçaqla xəsarət yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşları əməliyyata başlayıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA