Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub

img

24-12-2025 [10:50]


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 9-11 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb.

Mia.az xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb.

O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA