Suriya rəhbərliyi Türkiyədən üzr istəyib - Hakan Fidana görə

img

24-12-2025 [09:08]


Türkiyə Xarici İşlər Nazirliyi dekabrın 22-də nazir Hakan Fidanın Suriya Xarici işlər naziri Əsəd Həsən Şeybani ilə birgə keçirilən mətbuat konfransının sonunda suala cavabında yaşanan müəmmalı texniki nasazlıqla (Tərcümə qulaqcıqlara ötürülməyib və konfransa nazirin fikirlərini tamamlamamış son verilib -Mia.az) bağlı xüsusi açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlik bunun səbəbini mətbuat konfransını idarə edən Suriya XİN-in məsul şəxsinin məsuliyyətsizliyi ilə əlaqələndirib.

Bildirilib ki, baş verən hadisəyə görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib: "Nazir Fidanın Qəzzada baş verənlərlə  bağlı sualı cavablandırarkən tərcüməçinin səsinin iclas otağındakı qulaqcıqlara çatmamamasına görə Suriya rəhbərliyi Türkiyədən üzr istəyib. Onlar bildirdilər ki, iclasa sədrlik edən Suriya rəsmisi nazirimizin danışığını bitirdiyini düşünüb və xətaya yol verərək texniki avadanlığı yanlışlıqla erkən qapadıb..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA