“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)

img

22-12-2025 [14:11]


Müğənni Röya Ayxan həmkarı Şəbnəm Tovuzlunun doğum günündə səhnədə onunla birgə çıxış edərkən maraqlı anlar yaşanıb.

Tədbir zamanı səhnəyə çıxan Elçin Cəfərov Şəbnəm Tovuzlunu təbrik edib. Lakin müğənninin bu təbrikə saymazyana münasibət göstərməsi diqqət çəkib.

Bundan sonra Röya Ayxan Şəbnəm Tovuzludan səhnəni tərk edərək tamaşaçılar arasında yer almasını istəyib. Ardınca Röya Elçin Cəfərovu qucaqlayaraq ona belə deyib: “Mən nə etdiyimi bilirəm və sən də bilirsən”.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər Şəbnəm Tovuzlunun davranışını Elçin Cəfərova qarşı hörmətsizlik kimi qiymətləndirib, Röya Ayxanın reaksiyasını isə layiqli addım hesab ediblər/Bakupost.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA