"Fənərbağça" nigeriyalı futbolçuya aldığı maaşın 5 qatını təklif etdi - Danışıqlar başlayıb

img

22-12-2025 [00:21]


"Fənərbağça" klubu 10 gün sonra - yanvarın 2-dən açılacaq transfer dönəmində heyətinə ulduz futbolçular cəlb edəcək.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, İstanbul klubu hazırda İtaliyanın "Atalanta" komandasında oynayan nigeriyalı ulduz hücumçu Ademola Lukmanla danışıqlara başlayıb.

Məlumata görə, "Fənərbağça"  hazırda "Atalanta"dan ildə 1,8 milyon avro qazanan Lukmana bonuslar da daxil olmaqla ildə 10 milyon avroluq təklif göndərib: "İstanbul klubu ona aldığı maaşın ən azı 5 qatını təklif edib. Futbolçu təklifi müsbət yanaşsa da, problem klubundadır. "Atalanta" Lukmanla mövcud olan 1.5 il müddətinə müqavilələrini fürsətə çevirmək istəyir.  Bunun üçün də İtalyanlar onun gedişinə "yaşıl işıq" yandırmaq üçün nə az, nə çox - düz 50 milyon avro transfer haqqı tələb edir..."

Məlumat üçün qeyd edək ki, bu mövsüm 16 matçda meydana çıxan Lukman cəmi 3 qol vurub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA