Avropa Məhkəməsi Gültəkin Hacıbəyliyə "yox" dedi - Ərizə rədd edilib

img

16-12-2025 [11:11]


Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyədə olan müxalif siyasətçi Gültəkin Hacıbəylinin bu ölkədən Azərbaycana deportasiya olunmasının dayandırılmasına dair ərizəsini rədd edib.

Mia.az gununsesi.info-ya istinadla xəbər verir ki, sabiq millət vəkilinin Türkiyədəki vəkili Məhkəmə Qaydalarının 39-cu maddəsinə istinad edərək təcili tədbir kimi Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edilməsinin dayandırılmasını xahiş edib.

Lakin məhkəmə bu xahişi dünən rədd edib.

Bu isə o deməkdir ki, Gültəkin Hacıbəyli Azərbaycana göndəriləcək.

Onu da xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edən Gültəkin Hacıbəyli onu Azərbaycana verməməyə çağırıb.

O, bildirib ki, Azərbaycana göndəriləcəyi təqdirdə həbs ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA