AHİK VIII Qurultay keçirir - Nələr dəyişəcək?

img

16-12-2025 [10:38]


Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) VIII Qurultayını keçirir.

Mia.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbər heyəti və nümayəndələri, nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, deputatlar, ölkənin siyasi-ictimai xadimləri və xarici qonaqlar iştirak edirlər.

Qurultayda hesabat məruzələrinin dinlənilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi və bir sıra qərarların qəbul edilməsi nəzərdə tutulur.

Qurultayın gündəliyinə AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş Komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA