Ərdoğandan internet mediasına yönəlik daha bir addım, “Torba qanunu” təsdiqləndi

img

13-09-2014 [15:21]


Prezident seçilməsindən üç həftə keçməmiş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hökümətin internet üzərində nəzarətini gücləndirən qanunu təsdiq edib. 

ANS TV-nin məlumatına görə, Türkiyənin Telekommunikasiya İdarəsinə məhkəmə qərarı olmadan, milli təhlükəsizliyə zidd olan və ictimai gərginliyin yaranmasına xidmət edən istənilən saytı bağlamaq səlahiyyəti verilib. Müxalifətdən olan Cumhuriyyət Xalq Partiyası bu "Torba qanunu” adlandırılan yeni ölçüdən Türkiyə Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini açıqlayıb. 

Fevral ayında Türkiyə höküməti korrupsiya qalmaqal ilə əlaqədar Twitter sosial şəbəkəsini müvəqqəti olaraq bağlamışdı. Həmin vaxt Ərdoğan hökümətinin bu addımı ölkədə etirazla qarşılanmış və nitq azadlığı ilə bağlı hüquqları sual atlına almışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA