Aparıcının telefonunda Baş redaktorun narkotik qəbul etməsini təsdiqləyən görüntü var? - Açıqlama

img

12-12-2025 [14:13]


"HaberTürk" kanalının xəbər aparıcısı Ela Rümeysa Cebecinın telefonunda kanalın narkotik və qrup seksi ittihamı ilə tutulan Baş redaktoru Mehmet Akif Ərsoyun narkotik istifadə etdiyi bir mühitdə çəkilmiş olduğu iddia edilən fotoşəkilinin  tapılması barədə məlumat böyük ajiotaj yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, belə bir iddanı jurnalist İsmayıl Saymaz açıqlayıb.

O iddia edib ki, həbs olunan jurnalist Mehmet Akif Ərsoyun narkotik istifadə mühitində çəkilmiş şəkli Ela Rümeysa Cebecinin telefonunda tapılıb.

Bu iddiaların tirajlanmasından sonra Ela Rümeysa Cebeci qısa açıqlama verib: "Qeyd olunan iddia doğru deyil. Telefonumda Mehmet Akif Ərsoyla çəkdiyim şəkil yoxdur. Sosial həyatımda Mehmet Akif Ərsoyla yalnız bir dəfə, bütün kanal işçilərinin qatıldığı tədbirdə qısa söhbət etmişəm. Bundan başqa, işdən kənarda onunla heç bir görüşüm olmayıb"

Cebeci əlavəe dib ki, prosesi sürətləndirmək üçün könüllü olaraq telefonunun şifrəsini polisə verib: "Mən intizamlı bir həyat sürürəm. Telefonum yoxlanılır, çünki gizlədəcək bir şeyim yoxdur".

Xatırladaq ki, aparıcı saxlanlsa da, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA