Deputat Əli Abbasovun mandatı ləğv olundu

img

11-12-2025 [20:07]


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində qanunverici orqana daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Mia.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR-in Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Seçki Komissiyası bu gün Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA