Iqtisad Universitetində yeni təyinatlar

img

13-09-2014 [13:06]


Azərbaycan Dövlət İqtisad Universitetində kadr potensialını artırmaq məqsədilə "İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyası təşkil olunub. Komissiyaya 309 ərizə təqdim edilib. Müraciət edənlərin arasından mərhələli şəkildə seçilən 105 nəfərdən 72 nəfəri komissiyadan keçib.

Bu barədə Mia.az Universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, komissiyaya müraciət edən ADİU-nun baş müəllimlərindən 26 nəfəri dosent, müəllimlərdən 11 nəfər baş müəllim təyin edilib. 6 müəllim yarımştatdan tam ştata, 3 ştatdankənar müəllim isə ştata götürülüb.  Tədris köməkçi heyətindən 9 nəfəri müəllim, 6 laborant isə baş laborant vəzifəsinə təyin olunub.  Kənar müraciət əsasında 7  müəllim işlə təmin olunub. Bundan başqa 4 nəfər inzibati işə götürülüb.

Rektor komissiyadan keçən müəllim və tədris-köməkçi heyəti ilə universitetdə  görüş keçirib. Bildirilib ki, ADİU-nun hədəfi təhsilin səviyyəsini artırmaq və universitetin müsbət imicini formalaşdırmaqdır. Müəllim adının yüksək tutulmasının vacibliyi vurğulanaraq, müəllim-tələbə münasibətinin ən üst səviyyədə qurulması istiqamətində komanda şəklində çalışmağın əhəmiyyəti qeyd olunub. Həmçinin valideynlərlə işin diqqətə alınmasının da önəmli olduğu bildirilib.

Universitetə yeni gəlir mənbələrinin cəlb olunmasının da  prioritetlərdən olduğu  qeyd olunub.  Bura yalnız təhsil haqqı deyil, elmi-tədqiqat işləri, "İnnovativ Biznes-İnkubator”u və digər layıhələr də aid edilməlidir. Bu layihələrdən əldə olunacaq vəsait hesabına gələcəkdə müəllimlərin əmək haqqlarının artırılması nəzərdə tutulur. Bildirilib ki, müəllim və tələbələr bu sahədə layihə və təkliflərini ADİU-ya təqdim edə bilərlər.

Bu istiqamətdə aparılan işlərin bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulub. Məqsəd, professor-müəllim və tədris-köməkçi heyəti stimullaşdıraraq keyfiyyətli təhsilin təmin olunmasını təşkil etməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR