ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
11-12-2025 [09:05]
ABŞ Nümayəndələr Palatası Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) adlanan 901 milyard dollarlıq 2026-cı ilin müdafiə büdcəsini təsdiqləyərək, Senata göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 3086 səhifəlik müdafiə büdcəsi layihəsi Nümayəndələr Palatasında 312 "hə", 112 "yox"la qəbul edildikdən sonra Senatda səsə qoyulacaq. Əgər orada qəbul edilərsə, qanun imzalanması üçün Prezident Trampın masasına göndəriləcək.
901 milyard dollarlıq müdafiə büdcəsində diqqət çəkən elementlərdən biri də qanun layihəsində ABŞ ilə Rusiya və Çin arasında hərbi rəqabət elementlərini gücləndirməyə yönəlmiş bir çox müddəanın olmasıdır.
Büdcəyə əsasən, Rusiya-Ukrayna münaqişəsi çərçivəsində Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində Ukraynaya təxminən 400 milyon dollarlıq müdafiə yardımı ayrılıb. Bu büdcəyə Ukrayna ordusuna silah tədarük edən ABŞ şirkətlərinə ödənişlər daxildir: "Bu qanun layihəsində Tayvana 1 milyard, ABŞ-ın regiondakı digər mühüm müttəfiqi olan Filippinə isə 1,5 milyard dollarlıq dəstək paketi də var"
Bundan əlavə, qanun layihəsində Pentaqonun Avropada yerləşdirilən ABŞ qoşunlarının sayını 76.000-dən aşağı salması nəzərdə tutulub: "Həmçinin amerikalıların və ABŞ şirkətlərinin Çinlə həssas texnologiyalarla bağlı bütün əməliyyatları Xəzinədarlıq Departamentinə bildirməsini tələbi var".
2026-cı il müdafiə büdcəsində ən diqqətəlayiq elementlərdən biri 2019-cu ildə qəbul edilmiş və Suriyaya sanksiyalar tətbiq edən Sezar Suriya Mülki Müdafiə Qanununun ləğvidir. Bu ilki mətnə əlavə edilən düzəliş, Sezar Qanununun qəbul edildiyi andan etibarən rəsmi olaraq ləğv ediləcəyi deməkdir.
Məlumata əsasən, qanun layihəsində İsrailin Dəmir Günbəz və "Davudun Sapan"ı kimi çox istifadə edilən raketdən müdafiə proqramlarının tam maliyyələşdirilməsi də daxil olmaqla, İsrailə hərtərəfli müdafiə dəstəyi paketi yer aıb.
Samir MUSAYEV
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub