AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən

img

09-12-2025 [11:27]


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AEM Elektron” MMC və “Foodini” MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.

Mia.az Teleqraf-a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.

Xətai Rayon Məhkəməsi “AEM Elektron” MMC-ni, Səbail Rayon Məhkəməsi isə “Foodini” MMC-ni həmin maddə ilə təqsirli bilərək cərimə qərarı qəbul etmişdi.

Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək hər iki qərarı ləğv edib.

Qeyd olunub ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.

Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA