Ramiz Mehdiyevlə bağlı videosu yayılan PA-nın sabiq şöbə müdiri: "Necə olur ki, mənim saçıma düşən dən orda görünmür?" - MÜSAHİBƏ
06-12-2025 [18:10]
Prezident Administrasiyasının sabiq şöbə müdiiri, hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Yeni Müsavat”a maraqlı müsahibə verb.
Mia.az həmin müsahibənin hazırda hakimiyyəti zorla ələ keçirmə və Dövlətə xəyanət ittihamları ilə mühakimə olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hissəsini oxucalara təqdim edir:
- Azər bəy, bu günlərdə Ramiz Mehdiyev və ətrafında baş verənlərlə bağlı istintaq gedir, sözügedən məsələ ölkənin əsas müzakirə mövzularından biridir. Yəqin sizin də bu məsələlərə münasibətiniz var. Yeri gəlmişkən, siz müsahibə verərkən arxa fonda Ramiz Mehdiyevin müəllifi olduğu kitabın rəfdə görünməsi də birmənalı qarşılanmayıb. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Ramiz Mehdiyevlə münasibətiniz necə olub və əlaqələriniz hansı səviyyədə idi?
- Gəlin bir məsələni düzgün qeyd edək. Əgər söhbət videomaterialdan gedirsə, o, bir ilin videolenti deyil. O 2018-ci ildə hazırlanmış videodur. Səhv etmirəmsə, onun 80 illik yubileyi ərəfəsi idi. Mən Prezident Administrasiyasında şöbə müdiri işləmişəm. Cənab Prezidentin köməkçisi olmuşam, Ramiz Mehdiyevin köməkçisi olmamışam. Mən Prezidentin Administrasiyasının məsul əməkdaşı olmuşam, Ramiz Mehdiyevin Administrasiyasının əməkdaşı olmamışam. Həmin videoda da qeyd edilən fikir bundan ibarət olub ki, Azərbaycanda dövlətçiliyin qorunması ənənəsinin yaranması Ulu Öndərlə bağlıdır. Həmin videoda qeyd olunub ki, yeni mərhələdə dövlətimizin güclənməsi, dövlətimizin gücünün artırılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Həmin videoda qeyd olunub ki, biz hər addımda Ulu Öndərin irsinə istinad edirik və dünən olduğu kimi, bu gün də Azərbaycan dövləti güclüdür. Azərbaycan dövlətinin gücünü nəzərə almayan, dövlətə qarşı çıxan istənilən avantürist ideyalar, təbii ki, məğlubiyyətə məhkumdur. Bir şeyi də xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda həmişə komandada vahidlik olub, dövlət qulluğu prinsipləri olub və bu prinsiplər hər daim nəzərə alınıb. Biz cənab Prezidentin komandasıyıq və bu gün dövlətə qarşı kim çıxırsa - dövlətimizin ədalətinə biz inanırıq - bizim xüsusi dövlət qurumlarının, təhlükəsizlik qurumlarının peşəkarlığına, dövlət təəssübkeşliyinə inanırıq. Hesab edirik ki, bu gün taleyüklü bir mərhələdə Azərbaycanın ən həssas bir mərhələsində dövlətə qarşı çıxmaq ən böyük xəyanətdir. Təbii ki, ötən on illərdə olduğu kimi, dövlətimizin əsaslarının kövrək olduğu bir vaxtda dövləti qorumaq ənənəsini biz yaratmışıqsa, Ulu Öndərin müdriklik, rəhbərliyi ilə bu gün də, sabah da dövlətimiz dövlətçiliyi də, dövləti də qorumaq ənənəsini davam etdirəcək. Bunu hər kəs nəzərə almalı, dərk etməlidir, tək bu gün üçün yox, həm də sabah üçün.
- Azər bəy, Siz o zaman Ramiz Mehdiyevin indi ortaya çıxan əməllərini müşahidə edirdinizmi? Təmaslarınızda Administrasiya rəhbəri haqqında hansı qənaətə gəlirdiniz?
- Biz Administrasiyanın işçiləri olmuşuq. O zaman Ramiz Mehdiyev Administrasiyanın işini təşkil edirdi. Həmin dövrdə biz, təbii ki, onu dövlət qurumunun rəhbəri, yəni Administrasiya rəhbəri kimi müşahidə etmişik. O dövrdə hər hansı müşahidənin olduğu fikrini deyə bilmərəm. Çünki elə bir şey olsaydı, nəinki mən, orada dövlətini, Vətənini sevən digər həmkarlarımız, şöbə müdirləri, Prezidentin köməkçiləri olub. O bir mərhələ idi. Mənim həyatımın ən şərəfli, ən qürurverici mərhələsi, dövrü olub ki, mən Prezidentin Administrasiyasının əməkdaşı olmuşam, orda müəyyən töhfə verməyə çalışmışam, Prezidentimizin tapşırıqlarının icrasında yaxından iştirak etmişəm. Mən işimi hər zaman vicdanla yerinə yetirmişəm, əməlimdə hər zaman dövlət, dövlətçilik niyyəti olub. Kimsə əgər bizim siyasi mövqeyimiz, əqidəmizə şübhə edirsə, özünü əziyyətə salmasın. Biz bu illər ərzində əməlimizlə Prezidentimizə xidmətimizi göstərmişik. Kimlərsə bu cür ucuz spekulyasiyalara yer verməsin. Məni bilən də, tanıyan da yaxşı tanıyır, bilir. Ona görə də bu cür çamuratma əməliyyatlarına gərək yoxdur. Digər tərəfdən, bunu tirajlayanlar hər halda vicdanla yanaşsınlar. Necə olur ki, mənim saçıma düşən dən orda görünmür? Ən azı 10 ilin fərqi var, onu niyə son bir ilin videosu kimi təqdim edirlər. Məqsəd nədir? 10 il bundan əvvəlki videonu son bir ilin videosu kimi təqdim etməyin adı nədir?
Digər tərəfdən, Administrasiyada dövlət qulluqçusu, şöbə müdiri kimi nələr olub, kimin mənə hansı haqsızlığı olub, hansı ədalətsizliyi olub, onu bilən də bilir, görən də görüb. Ona görə mən başqa bir şərh vermək istəmirəm. Belə yazı-pozuları, ittihamları da qəbul etmirəm. Sadəcə olaraq belə məsələlərə görə acı təəssüf hissi keçirirəm. Əsasən də ən çox pərişanlıq onadır ki, vaxtilə bu şeyləri görmək, müşahidə etmək olduqca çox dərin acı təəssüf hissi doğurur. Bizdən sonra gələcək xüsusən gənc dövlət qulluqçuları üçün daha yaxşı nümunələr olmalıdır. Onlar gələcəkdə bu cür pərişanlığı yaşamamalıdırlar.
- Həmin kitab haqqında da məlumat versəniz, yaxşı olar. Maraqlıdır, Ramiz Mehdiyevin həmin kitabını oxmusunuzmu, yoxsa sadəcə kitab rəfində qoymuşdunuz? İmzası ilə özəl olaraq təqdim olunmuşdu?
- Həmin dövrdə çoxlu sayda kitablar buraxılırdı və həmin kitablar bütün dövlət orqanlarına, məmurlara paylanırdı. Yəni nəinki Administrasiyanın işçilərinə, bütün dövlət orqanlarına, kitabxanalara. Bu da həmin kitablardan biri olub. Administrasiyanın əməkdaşları olaraq bizim Prezidentin Administrasiyasının nəinki rəhbəri, bütün əməkdaşlarına sayğımız sonsuz olub. O baxımdan ki, məhz Prezidentin Administrasiyasından söhbət gedir. O Administrasiya Ramiz Mehdiyevin Administrasiyası olmayıb, Prezidentin, dövlət başçısının Administrasiyası olub. Biz də dövlət qulluğu etikasını əsas götürmüşük, dövlət qulluğu prinsipindən çıxış etmişik. Oxumağa qalsa, xeyir, nə oxumamışam, nə ona mənim vaxtım olmayıb. Cənab Prezidentin kifayət qədər tapşırıqları olub.
Mia.az
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib