Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)

img

05-12-2025 [16:13]


Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Salyan Rayon Mərkəzi Xəstəxanasından isə "Report"un yerli bürosuna bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 13:48 radələrində Yuxarı Noxudli kənd məktəbində 11 şagird (4-ü oğlan, 7-si qız) və 2 nəfər texniki işçi tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 8 nəfəri evə buraxılıb.

***

Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 15 nəfərə çatıb.

Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Yuxarı Noxudlu kənd məktəbində tüstüdən zəhərlənmə diaqnozu ilə daha dörd şagird Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

"Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda vurğulanıb.

Faktla bağlı araşdırma aparılır(Report).

***

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.

Məlumata görə, zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:26 05.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA