Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
05-12-2025 [13:24]
Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu keçirilib.
Mia.az xəbər verir ki, tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir.
Forum çərçivəsində birinci panel sessiya "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusuna həsr olunub. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə spiker qismində çıxış ediblər. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib. Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın PosTV telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər. Paneldə iştirakçılar tərəfindən vurğulanıb ki, müasir informasiya mühitində medianın artan məsuliyyətini nəzər alaraq cəmiyyətin etibarlı informasiya əldə etməsi üçün jurnalistlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və media savadlılığına dair davamlı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
***
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Mia.az xəbər verir ki, "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusuna həsr edilmiş forumda Azərbaycan və Gürcüstanın media nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" və "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzularına həsr edilmiş panel sessiyalar nəzərdə tutulur.
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu
Yevlaxdakı yanğında şəhid anası ölüb, bacı-qardaşı isə xəsarət alıblar - (Yenilənib)
Daha bir qanun sərtləşdirilir
Bu qanunu pozanlar cərimələnəcək - Yeni qanun hazırlanıb
Türkiyədə klub prezidenti, məşqçi, hakim və futbolçular saxlanılıb - Açıqlama + FOTO
Caner Erkinə beş oyunluq cəza verilib
Nazir Məşğulluq Filialının müdirini vəzifədən çıxardı
2025-ci ilin dekabr ayı: güc günləri, sözlər və...
Türkiyədə qəza: 14 şagird xəsarət alıb
Türkiyənin 33 şəhərində əməliyyat: 233 İŞİD üzvü saxlanılıb
Rövşən Nəcəf DÇ-2026-nn püşkatma mərasiminə qatılacaq
"Qobu Park-1"də güclü yanğın: 4 nəfər ölüb, zəhərlənənlər var - Açıqlamalar (YENİLƏNİB)
Azərbaycan nefti cüzi ucuzlaşdı
Prezident İlham Əliyev III beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
Vəkil Elçin Əhmədova məhkəmədə hücum olub - Xəsarət var
Ərdoğan idmançıları qəbul edib: "Biizim nəzərimizdə..." - FOTO
Türkiyə kuboku: "Alanyaspor" rəqibi darmadağın elədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Putin Dehlidə belə qarşılandı - FOTOLAR
"Avroviziya"da qalmaqal: İsrailin iştirakı təsdiqləndi - 4 ölkə müsabiqəni boykot etdi
Rusiyada "Snapchat"a giriş də bloklanıb
Mifik təfəkkürdən süni intillekt erasına qət edilən böyük yol... - Nigar Haqverdiyeva yazır
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub (Yenilənb)
Güzəştli mənzillərin seçimi: kiberhücum cəhdinin qarşısı alınıb
Qəzzada "çete lideri" ödürüldü - Əşirətlərlə döyüşdə
Türkiyə kuboku: "Qaziantep FK" növbəti mərhələyə yüksəldi
"Fənərbağça"nın hücumçusu "yuvadan uçur"
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı azalıb, qızıl isə artıb - 626 milyon və...