Naxçıvanda fermerlərə 610 min manatdan çox heyvandarlıq subsidiyası ödənilib

img

04-12-2025 [22:35]


Bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında 4 735 fermerə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə ümumilikdə 610 700 manat məbləğində subsidiya verilib. Hazırda subsidiya ödənişləri davam edir.

Mia.az-ın məlumatına görə, heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri genişləndirilib. Hesabat dövründə 10 220 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və nəticədə 6 716 baş buzov əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artım deməkdir.

Heyvandarlıq məhsullarının istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Nazirlik tərəfindən damazlıq təsərrüfatlarının yaradılması və heyvanların lizinq yolu ilə fermerlərə verilməsi istiqamətində iş aparılır. Bundan başqa, Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni törədici buğaların alınması üçün kotirovka sorğusu da elan edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 328 milyon manatı ötüb. Bunun 138 milyon manatdan artıq hissəsi heyvandarlıq məhsullarının payına düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA