Emin Əmrullayev Gürcüstana səfər edib

img

04-12-2025 [17:09]


Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfər edib.

Mia.az xəbər verir ki, səfər çərçivəsində nazirin ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Gürcüstan Təhsil və Elm Nazirliyinin sözçüsü Mariam Adeişvili bildirib ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələr və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

E.Əmrullayevin Gürcüstana səfəri dekabrın 5-də başa çatacaq


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:38 04.12.2025

Zaqatalaya qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA