Rusiya "Roblox"u bloklayıb - Səbəb

img

03-12-2025 [18:55]


Rusiya rəqəmsal oyun platforması "Roblox"un ölkədə bloklayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Moskva bu addımı platformanın terrorizm və LGBTQ təbliğatını aparmaq, onu yaymaq və əlaqələndirməkdə ittiham edib.

Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Mediaya Nəzarət Federal Xidməti ("Roskomnadzor") faktı təsdiqləyib.

Bildirilib ki, bu gün "Roblox"un blklanması ilə bağlı qərar icraya yönləndirilib: ""Roblox" oyunu ekstremizmi, terror aktlarını və LGBTQ+ təbliğatını təbliğ edir".

Məlumatda deyilir ki, gündəlik təxminən 110 milyon istifadəçisi olan "Roblox"un 20 faiz istifadəçi bazası 9-16 yaşlı uşaqlardır.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA