Bəzi bölgələrə qar yağıb

img

03-12-2025 [10:06]


Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.

Mia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır.

Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.

Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA