"Qalatasaray" hakimlə bağlı UEFA-ya şikayət etdi: "Onu cəzalandırın!"

img

01-12-2025 [20:52]


UEFA Çempionlar Liqasının 5-ci turunda "Belçikanın "Union Saint Gilloise" komandasına evində 0-1 hesabıyla uduzan "Qalatasaray" klubu UEFA-ya şikayət ərizəsi verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu oyunun ispaniyalı baş hakimi Xose Maria Sançez Martinez və onun qərarlarından şikayətçi olub.

Klub şikayətində yazıb ki, rəqibin yeganə qolu vurmasının bir nömrəli səbəbkarı hakimdir.

Klubdan bildirilib ki, hakimin rəqib oyunçuya vermədiyi qırmızı vərəqə oyunun taleyini və komandanın haqqını mənimsəyib: "Qırmızı vərəqəni vermədiyi "Union Saint-Gilloise"də oynayan həmin Promise David az sonra qolu vurdu. Bundan əlavə, hakim ciddi zədə olmadığı halda oyunu 4-5 dəfə dayandırmaqla matçın tempini saldı...".

İstanbul klubu sonda ümid edib ki,  UEFA ciddi səhvlərə yol verən hakimi cəzalandıracaq.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA