İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər

img

01-12-2025 [12:01]


İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Mia.az Dövlət Sərhəd Xidmətinə oistinadla bildirir ki,  "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA