Ermənilər qorxuya düşüb, sərhədyanı kəndlərə divar çəkir

img

11-09-2014 [15:20]


Ermənistan Azərbaycanla sərhədyanı kəndlərə divar çəkir.

 ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumatına görə, divar Azərbaycanla həmsədr olan Çinari kəndi ilə ərazidə çəkiləcək. 

Bu barədə Ermənistannın ərazi idarəçiliyi naziri Armen Divokyan bildirib . O, deyib ki, divar ən təhlükəli ərazilərində salınacaq. 

Nazir həmçinin bildirib ki, sərhəddə yerləşən məktəblər də təmir olunacaq. Əraziyə suvarma kanalı da çəkiləcək.

Anspress xəbər verir ki, bundansa, yaxşı olardı ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını boşaldaraq ölkəmizlə dostluq əlaqələri qursunlar. Bundan sonra Azərbaycandan qorunmaq çəkiləcək divar üçün sərf olunacaq 65 min dolları da acından ölən ermənilərin sosial vəziyyətlərinin yaxşdırılmasına yönəldilərdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA