İsrail ordusu Tubas şəhərində genişmiqyaslı əməliyyata başlayıb

img

26-11-2025 [11:27]


Bu gü səhər İsrail ordusu işğal altında olan İordan çayının Qərb Sahilində yerləşəni Tubas və ətraf şəhərlərdə genişmiqyaslı əməliyyata start verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bölgəyə əlavə ağır texnika və canlı qüvvələr göndərən İsrail ordusu bəzi məhəllələrə hərbi texnika yerləşdirib, bəzi hədəflərə isə havadan helikopterlərdən atəş açıblar.

Məlumatda deyilir ki, şəhərdə komendat saatı tətbiq edən hırbçilər hər kəsi yoxlamağa başlayıb: "Bəzi ev və iş yerlərinə xəbər vermədən basqınlar edilir, həryer axtarılır"

Tubas valisi Əhməd əl-Əsəd bildirib ki, İsrail tərəfi Fələstin hakimiyyətinə hücumların bir neçə gün davam edəcəyini deyib: "Bu, Tubas və ətraf şəhərləri üçün təhlükəli eskalasiya cəhdindən başqa bir şey deyil. İsrail ərazidə guya axtarışda olan şəxslərin gizləndiyini iddia edir. Lakin bu, yalandır. Bu əməliyyatın heç bir siyasi və ya təhlükəsizlik əsası yoxdur".

Əsəd bildirib ki, İsrail ordusu şəhərin ətrafında torpaq baryerlər qurub və komendant saatı ilə həyatı dayandırıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA